Sentyabrın 10-da Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M.İbrahimov, L.Tolstoy, B.Səfəroğlu, D.Əliyeva, H.Aslanov, Ə.Quliyev, İ.Səfərli, T.Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12