Bu gün Bakının Sabunçu, Suraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 12-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G.Dmitrov, L.Tolstoy, D.Bünyadzadə, Ə.Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının MİDA yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Sabah Biləsuvarın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb.
"Lənkəran Regional Qaz İstismar İdarəsindən Biləsuvar Rayon İcra Hakimiyyətinə verilən məlumata əsasən, yeraltı polietilen qaz xəttində kipliyə sınaq işlərinin aparılması ilə əlaqədar Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan Çınarlı, Bağbanlar, Çaylı, İsmətli, Günəşli, Ağayrı, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbarı kəndlərində ümumilikdə 5 300 abonentə təbii qazın verilişi 12.06.2026-cı il tarixdə saat 10:00-dan başlayaraq işlər başa çatanadək dayandırılacaq.
Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla təhlükəsizlik tədbirlərinə riayət etsinlər", - məlumatda qeyd edilir.