“Niva” markalı avtomobilin yanlış dönmə əməliyyatı icra etməsi səbəbindən baş verən qəza nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, hadisə iyulun 9-da Şamaxı şəhəri ərazisində qeydə alınıb:
“Niva” markalı avtomobilin sürücüsü dönmə əməliyyatını düzgün icra etmədiyi üçün arxadan gələn VAZ-2107 markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb və sürücü barəsində qanunamüvafiq tədbir görülüb”.
11:00
Şamaxıda yol hərəkəti qaydalarının pozulması yol-nəqliyyat hadisəsinə səbəb olub.
Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, Şamaxıda qeydə alınan qəzaya səbəb “Niva” markalı avtomobilin dönərkən qaydalara əməl etməməsi olub. Nəticədə hərəkətdə olan VAZ-2107 markalı 44-CF-101 dövlət nömrə nişanlı avtomobil dönmə manevri yerinə yetirən “Niva”ya çırpılıb.
Qəzanın videogörüntülərini təqdim edirik: