2014-2015-ci tədris ili üçün rezidenturaya qəbul olan şəxslər avqustun 15-nə qədər Səhiyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər aşağıdakılardır: iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti.
Qeyd edək ki, qeydiyyat barədə ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz:
http://health.gov.az/xeberler/935-tedris-rezidentuya-qebul.html