Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Hüseynov Fariz Ağamusa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı əvvəlcə rayon xəstəxanasına, sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.