Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Skoçlanmış avtobus AYNA-nı da bezdiribmiş: Xətti müsabiqəyə çıxarırlar
Sosial şəbəkələrdə Bakıda 91 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslarından birinin içərisində sərnişinlərin olduğu halda arxa şüşəsiz, skoçlanmış şəkildə idarə olunduğuna dair görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) araşdırma aparıb.
Qurumdan bildirilib ki, daşıyıcının məlumatına görə, avtobusun arxa şüşəsi qəza nəticəsində zədələnib və görüntülər nəqliyyat vasitəsi qaraja yollanarkən çəkilib.
"Qeyd edək ki, 91 nömrəli avtobusun daşıyıcısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət edilməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib.
Belə olan halda 91 nömrəli müntəzəm avtobus marşrutunun yaxın zamanda müsabiqəyə təqdim edilməsi planlaşdırılır", - deyə AYNA-nın məlumatında bildirilir.