Suraxanı rayonunun Bahar qəsəbəsində sərnişin dayanacaqları ilə bağlı problem yaşanır.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, yolun təmiri zamanı ərazidəki dayanacaqlar götürülüb. Təmir işləri başa çatsa da, dayanacaqlar əvvəlki yerlərinə qaytarılmayıb.
Onlar bildirirlər ki, artıq bir ilə yaxındır sərnişinlər yolun kənarında gözləməyə məcbur qalırlar. Xüsusilə yağışlı havalarda bu vəziyyət sakinlər üçün əlavə çətinlik yaradır.
Suraxanı sakinləri dayanacaqsız qaldılar - VİDEO
Qaynar xətt:
(055) 224 12 12