Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
Bloqer Taleh Yüzbəyovun çəkdiyi reklamın qadınların fiziki görünüşünə görə kateqoriyalara bölünməsi kimi qiymətləndirilməsi və tənqidlərdən sonra onun ailəsinin, hətta 12 yaşlı qızının təhqir olunması qadın hüquqlarının müdafiəsində ikili standartlar barədə hansı sualları ortaya çıxarır?
Süni intellekt vasitəsilə qadınların qeyri-etik görüntülərini hazırlayaraq onları şantaj edən gənclərin əməlləri texnologiyanın yaratdığı imkanlardan vicdansız məqsədlərlə istifadənin hansı təhlükəli nəticələrə səbəb ola biləcəyini göstərir?
Nərimanov rayonundakı yaşayış binasının altında fəaliyyət göstərən restorandan gələn yüksək səs və digər narahatlıqlar belə obyektlərin iş saatları, havalandırma, yanğın təhlükəsizliyi və sanitariya normalarına nə dərəcədə əməl etməsi ilə bağlı hansı sualları gündəmə gətirir?
Milli Elmlər Akademiyasının paytaxtdan kənara köçürülməsi ehtimalı Bakının sıxlığının azaldılması və elmi institutların gələcək fəaliyyəti baxımından hansı müzakirələrə səbəb olur?
Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.