ATV telekanalının idman xəbərlərinin aparıcısının Abşerondakı evi qarət edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən Abşeron rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb.
Vüsal Qurbanovun evindən 30 min manat dəyərində zinət əşyaları və yeddi min manata yaxın pul oğurlanıb.
Faktla bağlı Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə müraciət edilib. Bildirilib ki, hadisə yerinə baxış keçirilib, dəlillər toplanıb.
Araşdırma davam etdirilir.






Könül Cəfərli