Tərtər rayonunda şəhid İsgəndərov Nicat Bəhruz oğlunun şəhadətə qovuşmasının üç ili qeyd olunub.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan ordusunun zabitləri, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Nicat İsgəndərovun xatirəsinin tərtərlilərin qəlbində həmişə yaşayacağını bildirib.



Nazir Quliyev