Yenicə ailə qurmuş əməkdar artist, “Toppuş bacı” kimi tanınan məşhur aparıcı Tünzalə Əliyeva Lent.az-ın “Bazarlıq” layihəsinin qonağı olub.
Oxu.Az xəbər verir ki, o, bazarlığa tək yox, həyat yoldaşı ilə gəlib.
“Toppuş bacı” deyir ki, indi o, ailəli qadındır, tək deyil:
“Hara gedirəmsə, ilk növbəmdə yoldaşımla məsləhətləşirəm”.
Aparıcı bildirib ki, əvvəllər əri ilə yemək üstə mübahisələri olsa da, bütün bu çətinliklər arxada qalıb:
“Hə, əvvəllər olurdu. Onun sevmədiyi yeməkləri hazırlayanda. Amma indi yox. Artıq bilirəm hansı yeməyi sevir. Belə bir söz var ki, “Kişinin ürəyinə yol, mədəsindən keçir”. Artıq onun ürəyindəyəm. (gülür)”.
Parfümeriya bölməsinə keçən “Toppuş bacı” buradan yalnız yuyucu toz və uşaq şampunu alacaqlarını bildidir:
“İlk növbədə uşaq şampunu. Həyat yoldaşımla uşaq şampunu işlədirik. İndi uşaq şampunu alacağıq, elə biləcəklər ki, uşağımız var”.
Tünzalə Əliyeva ərinin ona qoyduğu qadağalardan da danışıb:
“Şirniyyatı hədsiz sevirəm. Amma yoldaşım çalışır ki, şirniyyat yeməyim. Diqqət etdinizsə, şirniyyat satılan şöbəyə girəndə, mənə dedi ki, gəl bu tərəfə. (gülür) Bilir ki, şirniyyat yeyənəm. Şirniyyatı da yeyib, kökələ bilərəm. Çox sağ olsun, mənə diqqət edib, qayğıma qalır”.















www.oxu.az