Fövqəladə Hallar Nazirliyi Tovuzda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın FHN-nin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Düz Qırıqlı kəndində 2 nəfər fəhlənin quyuya düşməsi haqqında məlumat daxil olub.
FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər dərinliyi 4 m olan kanalizasiya quyusundan 1966-cı il təvəllüdlü Mürşüdov Azad Qərib oğlu və 1957-ci il təvəllüdlü Musayev Zaman Əsgər oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 13:54-də başa çatıb.
15:27
Tovuz rayonunda quyu qazan iki nəfər torpaq uçqunun altında qalıb.
Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.
Kənddə olan ticarət mərkəzinin arxasına ayaqyolu quyusunun yaxınlığında alternativ bir quyu qazmaq istəyən rayonun Aşağı Quşçu kənd sakini, 1957-ci il təvəllüdlü Zaman Musayev və 1966-cı il təvəllüdlü Azad Mürşüdov torpaq uçqunu altında qalaraq ölüblər.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
E.Ə.
www.oxu.az