ABŞ-ın Florida ştatının Malberri şəhərinin polisi Quranı yandırmaq aksiyaları ilə tanınan keşiş Terri Consu həbs edib.
Oxu.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, bu dəfə keşiş müqəddəs kitabın üç min nüsxəsini yandırmaq istəyirmiş, Associated Press yazır.
Consun furqonunu saxlayan polis maşından üzərinə kerosin tökülmüş üç min cild Quran aşkarlayıb və bundan sonra onu həbs edib. Keşinin öz saytında yazdığına görə, o, ümumilikdə 2998 kitab yandırmaq istəyirmiş – 2001-ci il 11 sentyabr terror aktının qurbanlarından hər biri üçün bir kitab. Keşiş həmçinin deyib ki, o müsəlmanlara qarşı çıxış etmir, onu yalnız “islamın sərtliyi narahat edir”.
Pastora qarşı ittihamlar irəli sürülüb, lakin bu barədə ətraflı məlumat verilmir.
Qeyd edək ki, floridalı keşiş Terri Pastor öz anti-islam əhval-ruhiyyəsi ilə tanınır. O, ilk dəfə olaraq Quranı yandırmaq niyyəti barədə 2010-cu ildə bəyan edib, 2011-ci ilin martında isə istədiyini həyata keçirib. Bundan sonra məhkəmə Consa üç il ərzində məscidlərə yaxınlaşmağı qadağan edib. Lakin 2012-ci ilin yazında o, yenidən bir neçə Quran nüsxəsini, həmçinin Məhəmməd peyğəmbərin təsvirini yandırıb.