Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Oxu.Az xəbər verir ki, bu gün münasibəti ilə paytaxt Bakı üçrəngli bayraqlarımızla bəzədilib. Yaşayış binalarının eyvanlarından bayraqlar asılıb.
Zəfər Günündən sonra şəhərdə bayram əhval-ruhiyyəsi, qürur sevinci Dövlət Bayrağı Günü ilə davam edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Könül Cəfərli
FOTO: Firudin Səlimov, Tapdıq Abdullayev