"Azad olunmuş ərazilərdə məskunlaşan bütün abonentlər elektrik enerjisi ilə təchiz ediliblər".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
O bildirib ki, köç olan ərazilər əvvəlcədən elektrik enerjisi ilə təmin edilir, daha sonra həmin ərazilərdəki mənzillərə köç başlanılır:
"Azad olunmuş ərazilərdə bütün abonentlər smart sayğaclarla təmin ediliblər. Həmin ərazilərdə mexaniki sayğac yoxdur".
Samir Əli