Orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin artırılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bunu parlament komitələrinin büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, büdcə zərfində səhiyyə xərcləri ciddi şəkildə artırılıb:
“Bu da daha çox icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Bu prosesə bütövlükdə 2020-ci ildə başlanılacaq. Hazırda üç rayonda hələlik pilot layihə həyata keçirilir. Həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, yeni yaradılan İlahiyyat Universitetinə, Bakı Multikulturalizm Mərkəzinə vəsaitinin ayrılması nəzərdə tutulur.
Ombudsman təsisatına 2,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə xeyli çoxdur. Eyni zamanda, xarici ölkələrdəki ticarət nümayəndəliklərinə dörd milyon manat ayrılır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az