Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı
"Bundan daha gözəl, sevincli nə ola bilər?! Çünki neçə illər sonra öz elimizə, obamıza, doğma yurdumuza gəldik və mənim burada övladım dünyaya gəldi, çox şükür".
Oxu.Az xəbər verir ki, bu sözləri işğaldan azad edildikdən sonra Xocalı rayonunda dünyaya gələn ilk körpə Mehdinin atası - 1996-cı il təvəllüdlü Məmmədov İlqar Mehdi oğlu Teleqraf.com-a deyib.
Gənc ata sevincinin hədd-hüdudunun olmadığını bildirib:
"Belə sevinc yaşayacağım heç vaxt ağlıma gəlməzdi, bu, çox gözəl bir sevincdir. Yəqin o da atası kimi qəhrəman böyüyər. Bundan sonra həyatımız, Xocalımız daha da gözəl olsun. Vətənpərvər övladlar böyüdüb, Xocalını canlandıraq, yaşadaq".
Ata həyat yoldaşının və körpəsinin vəziyyətinin yaxşı olduğunu, birigün evə buraxılacağını bildirib.
Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı olan İlqar Məmmədov hazırda ANAMA-da inzibatçı vəzifəsində çalışır.
"Xocalı şəhəri" teqi üzrə xəbərlər
- Növbəti köç karvanı Şuşa, Xocalı və Ballıcaya çatıb
- Xocalı sakini: "Sevincli, qürurlu və duyğulu anlar yaşayırıq"
- Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq
- Ballıcaya qayıdan sakin: "Yenidən qayğısız günlərimizi yaşayacağıq"
- Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib
Rəylər