Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yasamalda kanalizasiya xətti DAŞDI
"Yasamal rayonunun Abdulla Şaiq küçəsində yağış sularının şəbəkələr vasitəsilə maneəsiz daşınması istiqamətində qəza briqadası müvafiq işləri icra edir".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib.
"Hava şəraiti ilə əlaqədar şəbəkələr vəsitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri rayonlar üzrə sukanal idarələrinin işçi heyəti tərəfindən müntəzəm həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, mövcud olan digər mexaniki avadanlıqlar tənzimlənir", - deyə məlumatda bildirilir.
Hazırda Bakıda müşahidə olunan güclü yağış səbəbindən bir çox küçələrdə hərəkət problemi yaşanır.
Oxu.Az xəbər verir ki, Yasamal rayonunun Abdulla Şaiq küçəsində kanalizasiya xəttinin tıxanması səbəbindən yolda hərəkət çətinləşib.
@oxuaz Yasamalda kanalizasiya xətti daşıb, yolda hərəkət çətinləşib Yasamal
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Gölü qurudaraq tikilən evlər - Bələdiyyə sədrinin yalanı İFŞA EDİLDİ
- Bataqlığa dönən kəndin sakinləri yaşadıqları vəziyyəti danışdılar: "Belə müsibət görməmişdik"
- Lökbatanda acınacaqlı vəziyyət: Görüntülər fəlakət filmlərindən kadrları xatırladır
- Eldar Əzizov: "Qırılan ağacların yerinə yeniləri əkiləcək"
- BŞİH rəhbəri: "Yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi"