“Bu günə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) vətəndaşlar tərəfindən 30 milyon manata yaxın ianə edilib”.
Bunu Real TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, demək olar ki, toplanan məbləğin yarısı xərclənib:
“30 milyon 456 min manat toplanan vəsait var. Onlardan 14,7 milyon manatı xərclənib. Hər kəs vəsaitin hara xərclənməsi barədə məlumatı fondun portalında görə bilər”.
İlhamə Əbülfət