Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib.
APA-nın məlumatına görə, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib.
Ağır xəsarət alan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyilə xəstəxanaya çatdırılıb.
Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.