"Çox sevinirəm, bu günü yaşamaq xəyal kimi gəlir. Allah Prezidentimizin canını sağ eləsin, sevincimizin həddi-hüdudu yoxdur".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Ağdam şəhərinə köç edən Xanım Əmir qızı Abbasova deyib.
O bildirib ki, 82 yaşında doğma torpağına qayıdır:
"Bu günü bizə yaşadan hər bir kəsə təşəkkür edirəm. Doğma yurd həsrətinə son qoydular".
Məhərrəm Əliyev