14 
Sen
2019
14:15
63
129
9052
Virtual karabakh

Olqa Kazakova: Dil baryerinin olmaması Rusiya mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO

Rusiya Federasiyası Dövlət Dumasının Mədəniyyət komitəsi sədrinin birinci müavini, “Kiçik vətənin mədəniyyəti” layihəsinin koordinatoru Olqa Kazakova “Maşuk” gənclər forumunda iştirak edib.

O, forum çərçivəsində iştirakçılarla Rusiyada Teatr ilinin keçirilməsi barədə danışıb. Olqa Kazakova “Vestnik Kavkaza” nəşrinə müsahibəsində Azərbaycanla humanitar mübadilədən danışıb.

“Biz artıq vahid ölkə deyilik, amma Azərbaycanı doğma qardaşımız hesab edirik. Azərbaycana səfər edəndə özünü evində hiss edirsən. Təbii ki, bizim mədəniyyət xadimləri bu qonaqpərvər ölkəyə məmnuniyyətlə səfər edirlər, çünki Azərbaycanda dil baryeri yoxdur”, - deyə Kazakova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bir çox proqram – ekoloji və mədəni proqramlar reallaşdırılır.

“Heydər Əliyev Fondu, Rusiya Azərbaycanlı Gənclər İttifaqı  əla fəaliyyət göstərir. Gənclər və təhsil proqramları mübadilələri artır. Biz bir-birimizə elə qaynayıb-qarışmışıq ki, bəzən əməkdaşlığı xarici dövlətlə iş kimi qəbul etmirik. Çünki həqiqətən də, Azərbaycanla Rusiya arasında çox sıx dostluq əlaqəsi var. Ümumi tarix, oxşar mədəniyyət də, təbii ki, öz işini görür”, - deputat qeyd edib.

O.Kazakova xatırladıb ki, gələn həftə Bakıda gimnastika üzrə dünya çempionatı start götürəcək.

“Təhsil, iqtisadi, idman, istənilən tədbirin mədəni tərkibi var. Rəqs, mahnı, ənənəvi elementlər olmadan istənilən böyük tədbirin açılış və bağlanış mərasimini təsəvvür etmək olmur. İdman idmandır, amma mədəni tərkibi də var.

İstənilən xalq, istənilən dövlət üçün hər şey buradan başlayır. Hətta nümayəndə heyətlərini təyyarə trapında qarşılayanda milli geyimdə olan qızlar və oğlanlar milli yeməkləri təqdim edirlər. Rusiya üçün bu, çörək və duzdur. İstənilən tədbir mədəniyyətlə başlayıb, mədəniyyətlə başa çatır”, - deyə Dumanın Komitə sədrinin müavini qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri