2026-cı ilin temperatur rekordu İranda qeydə alınıb. İyulun 13-də Dehloran şəhərində havanın temperaturu +52.1 dərəcəyə çatıb.
Oxu.Az bu barədə Mir24.tv telekanalına istinadən xəbər verir.
Bu, 2026-cı ilin əvvəlindən bəri dünyada rəsmi olaraq təsdiqlənmiş ən yüksək temperatur göstəricisidir. Bununla belə, sözügedən rəqəm İranın tarixi milli rekorduna - 2017-ci ildə Əhvazda qeydə alınan +53.7 dərəcəlik istiliyə çatmayıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, iyul ayında temperaturun kəskin dəyişməsi səbəbindən dünyanın bir çox regionları ekstremal istilərlə üzləşə bilər. Meteorologiya agentliklərinin məlumatına görə, hazırda qlobal temperaturlar və dəniz səthinin temperaturu rekord səviyyədədir və ya ona yaxındır.