ABŞ-ın Nyu-Meksiko ştatında Hərbi Hava Qüvvələrinə məxsus bazada təlim zamanı baş vermiş insidentdə bir amerikalı hərbi qulluqçu ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, iki “F-16” qırıcısı Holloman bazasında təlim zamanı səhvən “hava-yer” sinfli bir neçə raket buraxıb. Nəticədə bir hərbi qulluqçu həlak olub, daha biri isə yaralanıb.
Yaralı hərbçi dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin sabit olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az