Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ-da təyyarə qəzası: Ölənlər var
ABŞ-da “Navion” yüngül mühərrikli təyyarə Los-Anceles aeroportu yaxınlığındakı avtomobil dayanacağının ərazisində qəzaya uğrayıb.
Bu barədə NBC Los-Anceles telekanalı məlumat yayıb.
Təyyarə yerə çırpılandan dərhal sonra yanmağa başlayıb.
Nəticədə iki nəfər həlak olub.
ABŞ Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının nümayəndələri qəzanın istintaqını aparır.
Ən çox oxunanlar