ABŞ-nin Oklahoma ştatının Arkadiya gölü yaxınlığında atışma baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli "KWTV-DT" telekanalı məlumat verib.
Məlumata görə, atışma zamanı 10 nəfər yaralanıb və güllə yarası ilə xəstəxanaya aparılıb.
ABŞ-də atışma baş verib: Yaralılar var - VİDEO
Xəsarət alanların vəziyyəti, eləcə də atışmanın səbəbi hələlik açıqlanmır.
Hadisənin miqyasına baxmayaraq, polis bildirib ki, cinayətdə şübhəli bilinənlər hələlik müəyyən edilməyib və ya saxlanılmayıb. Eyni zamanda, rəsmi şəxslər ictimaiyyəti ərazidə mülki şəxslər üçün davam edən təhlükənin olmadığına əmin ediblər.