Tanınmış fotoqraf Aleksey Lyokin sosial şəbəkə hesabında Ağgöl Milli Parkından görüntülər paylaşıb.
O, paylaşıma "Lalə dənizi - küləklə dalğalanan qırmızı üfüq" qeydini əlavə edib.
Oxu.Az sözügedən görüntüləri təqdim edir:
Ağgöl Milli Parkı - Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə yaradılıb. Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşir.
Milli Parkın yaradılmasında əsas məqsəd Ağgöl və onun ətraf ərazilərində məskunlaşan, miqrasiya edən, yuvalayan çoxsaylı oturaq və köçəri su-bataqlıq quşlarının, məməli heyvanların və onların yaşayış yerlərinin (biotopların) davamlı inkişafını təmin etmək, ərazinin fauna və florasını qorumaqdan ibarətdir.