Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-də təhlükəli epidemiya: Ölənlər var
ABŞ-nin 12 ştatında listerioz epidemiyası baş qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzi (CDC) paylaşım edib.
Bildirilib ki, ən azı 28 nəfər xəstəxanaya yerləşdirilib və onlardan ikisi həyatını itirib.
Mütəxəssislərin açıqlamalarına əsasən, xəstələrin demək olar ki, 90%-i mağazalardan alınan ətdən yeyib. CDC məhz hansı məhsullarda infeksiya olduğunu müəyyən etmək üçün araşdırmaya başlayıb. Qeyd olunur ki, infeksiya hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar üçün ölümcül ola bilər.
Həmçinin iyulun 17-də Kanada da listerioz epidemiyası ilə bağlı bəyanat verib. Kanadada 12 yoluxma faktı qeydə alınıb, onlardan ikisi ölüb.
Rəylər