ABŞ döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Pentaqonun rəsmi məlumatında bildirilir.
Bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.
“Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub”, - deyə məlumatda bildirilir.
Pentaqon bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bomba olduğunu təsdiqləyib.
Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb.
S.B.
www.oxu.az