Amerikanın sualtı gəmisi Cənubi Koreyaya çatıb. “Tomaqavk” atom raketləri olan ABŞ HDQ-nin “Miçiqan” sualtı gəmisi “Karl Vinson”un başçılıq etdiyi zərbə qrupuna qoşulacaq.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, eyni zamanda Şimali Koreya artilleriya təlimləri keçirib.
Çərşənbə axşamı Koreya ordusunun yaradılmasının 85 illiyini qeyd edəcək. Bu günün şərəfinə Phenyan raketlərin nümayişini təşkil edib. Amma bu dəfə “Yonhap” agentliyinin məlumatına görə, hakimiyyət miqyaslı artilleriya atışları ilə kifayətlənmək qərarına gəlib.
Bazar ertəsi Şimali Koreyanın dövlət KİV-i bəyan edib ki, “Karl Vinson”u bir zərbə ilə məhv etmək imkanı mövcuddur.
N.О.
www.oxu.az