Amerikanın “United Launch Alliance” şirkəti dekabrın 7-də Kanaveral burnundan sayca səkkizinci olan “Wideband Global SATCOM (WGS-8)” peyki ilə “Dleta IV” daşıyıcı-raketin buraxılışını həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə ULA saytında məlumat yayılıb.
“WGS-8” aparatı ABŞ silahlı qüvvələri üçün genişzolaqlı məlumatların ötürülməsi üçün nəzərdə tutulub.
Start yerli vaxtla saat 18:53 (Bakı vaxtı ilə saat 03:53) həyata keçirilib. Bu, “United Launch Alliance”in bu ilə planlaşdırdığı 11-ci buraxılış və şirkətin 2006-cı ilin dekabrında təsis edilməsindən sonra 114-cü uğurlu buraxılışı idi.
“WGS” peykləri yüksək keçirmə qabiliyyətli yeni hərbi kosmik rabitə sisteminin elementidir.
N.O.
www.oxu.az