ABŞ və İran arasındakı danışıqların dalana dirənməsi səbəbindən 19-20 sentyabr tarixlərində Hörmüz boğazından keçən ticari gəmilərin tranziti ötən həftəsonuna nisbətən üç dəfə aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Kpler" analitik şirkətinin məlumatlarına istinadən yazıb.
Məlumatda bildirilir ki ötən istirahət günləri ərzində boğazdan cəmi 12 gəmi keçib.
Xatırladaq ki, bir həftə əvvəl, 12-13 sentyabr tarixlərində Hörmüz boğazından 35 gəmi tranzit keçmişdi. ABŞ və İran arasındakı münaqişə başlamazdan öncə isə bu göstərici gündəlik olaraq təxminən 125 gəmi təşkil edirdi.