Aaron Lukas ABŞ Milli Kəşfiyyatının rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
Tramp qeyd edib ki, hazırkı rəhbər Tulsi Qabbard iyunun 30-da vəzifəsini tərk edəcək. Prezidentin sözlərinə görə, Qabbardın həyat yoldaşında nadir sümük xərçəngi aşkarlanıb və bu səbəbdən istefa qərarı verilib.
Məlumata görə, Qabbard Oval kabinetdə Trampla görüşərək istefa ərizəsini təqdim edib.
Qeyd edək ki, Aaron Lukas 2025-ci ilin iyulundan Milli Kəşfiyyat rəhbərinin birinci müavini vəzifəsində çalışır. O, 20 ildən çox Mərkəzi Kəşfiyyat təşkilatında fəaliyyət göstərib.

Tulsi Qabbard ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, Qabbard bu qərarını ABŞ prezidenti Donald Trampla görüş zamanı bildirib.
O, 30 iyun 2026-cı ildə vəzifədən ayrılacağını bildirib.
O, rəsmi məktubunda həyat yoldaşında nadir sümük xərçəngi diaqnozu qoyulduğunu və ailəsinə dəstək vermək üçün istefa verdiyini qeyd edib.
Qeyd edək, Qabbard son ilyarım ərzində ABŞ Milli Kəşfiyyatına rəhbərlik edib.