ABŞ Müdafiə Nazirliyi Ukraynaya hava hücumundan müdafiə üçün raketlərin və dəqiq idarəolunan hərbi sursatların tədarükünü dayandırıb.
Oxu.Az xəbər verir ki, məlumatı "NBC News"a Ağ Evin sözçülərindən biri Anna Kelli təsdiqləyib.
Məlumata görə, tədarükün dayandırılması qərarı ABŞ Müdafiə Nazirliyinin həyata keçirdiyi yoxlamalardan sonra verilib. Pentaqon hələlik sözügedən qərarı şərh etməyib.