ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu gün ilk dəfə Ukraynaya səfər ediblər.
Oxu.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu, Uitkoff və Kuşnerin Ukraynaya ilk səfəridir.
Kiyevdə onları Ukraynanın danışıqlar qrupunun nümayəndələri Kirill Budanov, David Araxamiya və Rustem Umerov qarşılayıblar.
ABŞ təmsilçiləri Stiv Uitkoff və Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.
Danışıqlarda Almaniya, Fransa və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşavirlərinin də iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.
Rusiya liderinin köməkçisi Yuri Uşakovun görüşün yekunları ilə bağlı verdiyi məlumata görə, üç saatdan çox davam edən danışıqlar məzmunlu olub və hər iki tərəf üçün kifayət qədər faydalı keçib.