"Prezident Vladimir Putinin amerikalı nümayəndələrlə söhbəti məzmunlu, konstruktiv və səmimi keçib".
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov V.Putinin Stiven Uitkoff və Cared Kuşnerlə görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, söhbət son dərəcə ciddi məsələlər üzrə həm iş masası arxasında, həm də qeyri-rəsmi şəraitdə nahar masası arxasında davam edib.
"Amerikalı danışıqçılar Stiven Uitkoff və Cared Kuşner Vladimir Putinlə görüşdə Ukrayna münaqişəsinin nizamlanmasının mümkün yolları barədə mülahizələrini təqdim ediblər. Öz növbəsində, Rusiya lideri Ukrayna münaqişəsinin siyasi-diplomatik həllinin tapılması üzrə ABŞ ilə birgə işi davam etdirmək əzmini təsdiqləyib.
Keçirilən danışıqlar Ukrayna böhranının nizamlanması üzrə fikir mübadiləsi ilə məhdudlaşmayıb. İqtisadi mövzular və mümkün qarşılıqlı səmərəli Rusiya-ABŞlayihələri kifayət qədər ətraflı müzakirə edilib", - Y.Uşakov deyib.