Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında videokonfrans vasitəsilə danışıqlar baş tutub.
Onlayn görüş iki saata yaxın davam edib.
Söhbət zamanı bir sıra mühüm məsələlər, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqların nəticələrini şərh edən Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, videogörüş ABŞ-ın Çinin Rusiyaya hərbi və ya maliyyə dəstəyi verməyə hazır ola biləcəyi ilə bağlı narahatlıqlarını aradan qaldırmayıb.
O, əlavə edib ki, ABŞ Si Cinpinin növbəti addımlarını yaxından izləyəcək.
Mənbə: TASS