Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları altı ay müddətinə uzadıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Aİ-nin çərşənbə günü, iyunun 28-də, yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, qərar yekdilliklə qəbul olunub. Sanksiyalar Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin 22-23 iyun tarixlərində keçirilən sammitdə Minsk razılaşmalarının yerinə yetirilməməsinə dair hesabatından sonra uzadılıb.
S.B.
www.oxu.az