Avropa İttifaqı Şurası Avropa komissiyasına və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəliyinə Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların keçirilməsinə dair mandat təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının Şurasının bəyanatında deyilir.
Məlumata görə, yeni razılaşma 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlığa dair sazişi əvəz etməlidir.
Yeni sənəd həmçinin Aİ və Azərbaycanın bu gün qarşılaşdığı hədəf və çağırışları da nəzərə almalıdır.
N.O.
www.oxu.az