Ukrayna Prezidenti Ofisinin sabiq ştatdankənar müşaviri Aleksey Arestoviçi Rusiya ordusu haqqında yalan məlumatlar yaymaqda və terrorçuluğa çağırışda təqsirli bilinərək, qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi qərar çıxarıb.
"Arestoviçə ilk üç ili həbsxanada, qalan hissəsi isə ümumi rejimli islah əmək koloniyasında çəkilmək şərti ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhkəmə, həmçinin onu 4 il müddətinə elektron və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə saytların və kanalların idarə olunması ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib", - deyə məlumatda bildirilir.
Hökmlə bağlı apellyasiya şikayəti verilə bilər, çünki qərar hələ qanuni qüvvəyə minməyib.
Xəbərdə bildirilir ki, istintaq tərəfindən onun axtarışı və ekstradisiyası üçün bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, cinayət işinə qiyabi baxılıb. Hazırda Arestoviçin prosesdə iştirak etmək imkanı yoxdur, o, Rusiya hüdudlarından kənarda gizlənir və beynəlxalq axtarışa verilib.