Almaniyada radioəlaqə nasazlığı səbəbindən bütün ölkə üzrə qatar xidmətləri dayandırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniyanın "Deutsche Bahn" dəmiryol şirkətinin sözçüsü DPA agentliyinə məlumat verib.
Məlumata görə, problemin aradan qaldırılması üçün bütün mövcud resurslar səfərbər olunub.
"Deutsche Bahn"ın Direktorlar Şurasının sədri Evelin Palla da bildirib ki, hazırda sərnişinlərin düşə bilməsi üçün qatarların stansiyalara çatdırılması üzərində işlər gedir, daha sonra isə səbəbi hələ tam olaraq bilinməyən problemin həllinə başlanılacaq.
Alman KİV-də yer alan xəbərlərə görə, hazırda bəzi qatarlar stansiyalarda gözləyir, relslərdəki qatarların ən yaxın stansiyalara aparılması üçün səylər göstərilir.
Qeyd olunub ki, ölkə miqyasında baş verən nasazlıqdan təsirlənən sərnişinlərə taksi və hotel kuponları paylanır.