Almaniyanın Kansleri Fridrix Merts rəhbəri olduğu Xristian Demokrat İttifaqının (XDİ) Ştutqartda keçirilən qurultayında çıxış edib. Tədbir partiyadaxili gərginlik şəraitində keçib.
Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Almaniya lideri vətəndaşların və bəzi partiya üzvlərinin onun işindən narazı olduğunu bildiyini etiraf edib.
Onun sözlərinə görə, demokratik cəmiyyətdə belə hallar təbiidir, lakin partiya müəyyən edilmiş kursu davam etdirəcək.
"Doğrulda bilmədiyimiz gözləntilər olub", - deyə kansler bəyan edib.
Fevralın 20-21-də Merts faktiki olaraq rəqibi olmayacağını nəzərə alaraq, yenidən XDİ sədri postuna namizədliyini irəli sürməyi planlaşdırır.
Lakin müşahidəçilər qeyd edirlər ki, əgər dəstək səviyyəsi azalarsa, bu, partiya daxilində narazılıq siqnalı kimi qəbul ediləcək.
Almaniyanın keçmiş kansleri Angela Merkelin də tədbirə qatılması gözlənilir. Bu da qurultaya əlavə siyasi çəki verəcək.
Qeyd edilir ki, səsvermənin nəticələri yalnız partiya daxili balans üçün əhəmiyyətli olmayacaq. Həm də Baden-Vyurtemberq bölgəsi də daxil olmaqla regional seçkilərə təsir edə bilər.