İndoneziyada Anak-Krakatau vulkanının püskürməsi nəticəsində artıq səkkiz yerli hava limanı bağlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.
Bağlanan hava limanları arasında Cakartaya xidmət edən Sukarno-Hatta və Halim Perdanakusuma da var. Lampunq əyaləti ilə yanaşı, Bandunq, Kuruq, Cənubi Tangeranq, Pesisir Barat və Paqar Alam bölgələrindəki aeroportlarda da uçuşlar təxirə salınıb.
Bildirilib ki, kül və tüstü sütununun hündürlüyü 15 min metrdən çox olub. İndoneziyanın meteorologiya xidmətinin məlumatına görə, püskürmənin səsi 700 kilometrə qədər uzaqlıqdan eşidilib. Zərərçəkənlər barədə hələlik heç bir məlumat verilməyib.