Avropa Parlamenti Brüsseldə mini-sessiya çərçivəsində “Xalq cəbhəsi” partiyasının lideri və “Avropa Xalqları və Azadlıq” parlament fraksiyasının rəhbəri Marin Le Penin deputat toxunulmazlığının ləğv edilməsinə səs verib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Çoxluq toxunulmazlığın məhrum edilməsinə səs verib”, - sədr səsvermənin nəticələrini açıqlayarkən deyib.
Fransada Marin Le Pen Nanter prokurorluğunun açdığı cinayət işində fiqurantdır. O, “Twitter” hesabında “İslam Dövləti” qruplaşmasının vəhşiliklərinin əks olunduğu fotoları yerləşdirib.
Le Penin toxunulmazlığının ləğv edilməsi fransız tərəfindən təklif edilib. Amma Avropa Komissiyasının qərarı siyasətçinin prezidentliyə namizədliyinə təsir etməyəcəyi də qeyd edilib.
“Xalq cəbhəsi” partiyasının liderinin ətrafında hesab edirlər ki, deputat toxunulmazlığına dair məsələ təsadüfi qoyulmayıb. “Seçkilər qabağı bizim rəqiblərimiz fəallaşır”, - RİA Novosti-yə parlament fraksiyasında olan mənbə bildirib.
N.О.
www.oxu.az