Avstraliyanın Yeni Cənubi Uels ştatında baş verən güclü daşqınlar böyük dağıntılara və insan ölümlərinə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti ştatın fövqəladə xidmətinin nümayəndəsi Mett Hipə istinadən məlumat yayıb.
Qeyd olunub ki, beş mindən çox zərər qiymətləndirməsi aparılıb və nəticədə 794 ev yaşayış üçün yararsız hesab edilib. Ümumilikdə, təxminən 800 ev tamamilə dağılıb.
Daşqınlar nəticəsində beş nəfər həyatını itirib, on mindən çox sakin isə elektrik enerjisiz qalıb. Təbii fəlakətin miqyası böyük olduğundan xilasedici və kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa və mümkün təxliyə göstərişlərinə əməl etməyə çağırıb.