Avstraliyalı itinə hücum edən kenquru ilə əlbəyaxa olub. Videoya iki gün ərzində milyondan çox baxış olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Mashable” məlumat yayıb.
Videoçarxdan da görünür ki, kenquru itin boğazından tutub və buraxmır. Kenqurunun davranışını görən şəxs itini xilas etməyə tələsib.
Qreq (itin sahibinin adı belədir) nəhəng kisəliyə hücum edib və itini onun əlindən alıb. Çənəsinə dəyən zərbədən özünü itirən kenquru sonradan geri çəkilib.
N.O.
www.oxu.az