İraqın paytaxtının qərb hissəsində güclü partlayış baş verib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
İlkin məlumata görə, partlayış nəticəsində dörd nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
11:57
Bağdadın rayonlarının birində minalanmış avtomobil “havaya uçurulub”. Məlumata görə, partlayış nəticəsində ölənlər var.
Oxu.Az xəbər verir ki, “Sky News Arabia” telekanalının məlumatına görə, hazırda ölənlərin və zərərçəkənlərin sayı dəqiqləşdirilir.
İlkin məlumata görə, minalanmış avtomobil “havaya uçub”. Avtomobil şəhərin sənaye rayonlarından birində park edilmişdi.
N.O.
www.oxu.az