Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Banqladeş və Hindistanda bir milyon insan evlərini tərk etməyə məcbur qala bilər - SƏBƏB
Güclü "Remal" siklonu səbəbindən Banqladeş və Hindistanda 1 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Banqladeş Meteorologiya İdarəsinin məlumatına görə, fırtına dünən axşam yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) ölkənin cənub-qərbinə çatıb. Küləyin sürəti 120 km/saat olub.
Hindistanın Banqladeşlə qonşu olan Qərbi Benqal əyalətinin paytaxtı Kəlküttə şəhərinin hava limanı uçuşları dayandırıb, bu ştatın bəzi ərazilərində dəmir yolu əlaqəsi kəsilib. Yerli əhali üçün birbaşa təhlükənin olduğunu göstərən narıncı xəbərdarlıq elan edilib.
Mənbə: Agence France-Presse
"Təbii fəlakət" teqi üzrə xəbərlər
- 20 ştat təbii fəlakət təhlükəsinə görə Tramp Administrasiyasını məhkəməyə verdi
- Alyaska sahillərində güclü zəlzələ: Sunami təhlükəsi var
- Azərbaycanda güclü zəlzələlər olacaq?
- Texasda azı 120 nəfərin həyatına son qoyan daşqınlar özü ilə daha bir ölümcül fəlakət gətirib
- Texasda daşqınlarda 40-a yaxın uşaq həlak olub
Ən çox oxunanlar