Bavariya Partiyası öz “Facebook” səhifəsində Almaniya Federativ Respublikasından ayrılmaq istədiyini yazıb.
Oxu.Az bu barədə "Haber7"-yə istinadən xəbər verir.
Hətta partiya bu istiqamətdə fəaliyyətə başladığını bildirib.
Siyasi təşkilat Avropa Məhkəməsinə müraciət edərək, bavariya dilinin müstəqil dil kimi tanınmasını istəyəcək.
N.H.
www.oxu.az