Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gec-tez İranla münasibətlərini yenidən bərpa etmək məcburiyyətində qalacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qərqaş açıqlama verib.
"İranla əlaqələr təkcə BƏƏ üçün deyil, bütövlükdə bütün Fars körfəzi ölkələri üçün ən vacib məsələ olaraq qalır. İran bizim qonşumuzdur və nə vaxtsa biz bərpa edilməsi mümkün olanı geri qaytarmağın yolunu tapmalı olacağıq. Coğrafiya bizə başqa bir alternativ qoymur", - deyə BƏƏ rəsmisi bildirib.